Təhsilverənlərin sertifikatlaşdırılması
Təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin:
• peşəkarlıq səviyyələri;
• peşə yararlılıqlarının
yoxlanılması məqsədilə keçirilir.
Təhsilverənlərin sertifikatlaşdırılması ilk dəfə 2022-ci ildə təşkil edilib və prosesə ilk olaraq ibtidai sinif müəllimləri cəlb olunublar. Sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.
2023-cü ildə ibtidai sinif müəllimliyi üzrə sertifikatlaşdırmanın test mərhələsində 1 334-ü təkrar sertifikatlaşdırma və 21 943-ü ilk dəfə iştirak olmaqla ümumilikdə 23 277 nəfər uğur qazanıb.
2023-cü ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırmanın test mərhələsində ölkə üzrə 8 498 nəfər uğur qazanıb.
8 sentyabr – 14 oktyabr 2023-cü il tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsində 23 259 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri uğur qazanıb.
2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub.
Ümumilikdə, 2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 31 207 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır.